Polşalı publisist Xocalı soyqırımı barədə məqalə yazıb


15:23     26 Fevral 2019 2019/02/5c7520aaa62a7_1551179751317853875_1000x669_1551180614.jpg

Polşanın "decydent.pl” portalında polyak diplomat, uzun müddət xaricdə çalışmış jurnalist, publisist Yasek Pototskinin Xocalı soyqırımı ilə bağlı məqaləsi yerləşdirilib.


AZƏRTAC xəbər verir ki, məqalədə Xocalıda baş vermiş soyqırımının qanlı nəticələri, dünya ictimaiyyətinin bu hadisəyə münasibəti və statistik məlumatlar əksini tapıb. Həmçinin qətliamın şahidi olmuş xarici KİV nümayəndələrinin bu hadisələri işıqlandırması və ermənilərin "quldur” kimi təqdim olunması vurğulanır.

Məqalədə, həmçinin beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını tanıması ilə bağlı da məlumat verilib və qeyd olunub ki, Polşanın Azərbaycandakı səfirliyi də hər il Xocalı soyqırımını yad edir və azərbaycanlıların kədərini bölüşür.



Femida.az

Açar sözlər:

Oxunub: 580