Putinlə Ərdoğan arasında telefon danışığı olub


18:05     26 Fevral 2019 19_02_26_1551183352.jpg

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.


Femida.az xəbər verir ki, Rusiya lideri Türkiyə Prezidentini doğum günü münasibəti ilə təbrik edib.

V.Putin Türkiyə-Rusiya əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə R.T.Ərdoğana təşəkkür edib. O, bu ilin aprelində keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına hazırlıqların başladığını deyib.

Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü il fevralın 26-da Türkiyənin İstanbul şəhərində anadan olub. Bu gün onun 65 yaşı tamam olur.

Açar sözlər:

Oxunub: 424