Bərdədə yaşlı kişi kafedə ölüb


18:40     26 Fevral 2019 1425050772_tecili-yardim-m.jpg

Bərdə rayonunda yaşlı kişi kafedə ölüb.



Femida.az Report-a istinadən verdiyi məlumata görə, hadisə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən kafelərdən birində baş verib.

Belə ki, rayon sakini, 1955-ci il təvəllüdlü İsmayıl Quliyevin kafedə qəfildən halı pisləşib və o, yerə yıxılaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 373