Qonşusunu bıçaqlayana YÜNGÜL CƏZA


18:11     26 Fevral 2019 1398947325_mehkeme.jpg

Qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hakimlər kollegiyasının hökmü ilə Ə.Bünyatov 3 il müddətinə azadlıqdan məhrum edilib.



Qeyd edək ki, hadisə ötən il Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib. 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs isə 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi ittiham irəli sürülüb və rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 467