Prezidentin sərəncamı nə qədər məcburi köçkünə şamil olunacaq? - AÇIQLANDI
20:31 26 Fevral 2019
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği bu il aprelin 1-dən 50 faiz artırılıb.
Femida.az-ın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb.
Bildirilib ki, 2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub: “Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcək. Hazırda məcburi köçkünlərdən 81 476 nəfəri 22 manat, 415 081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır”.
Femida.az
Oxunub: 554
Oxşar xəbərlər
- Prezidentin xüsusi nümayəndə təyin etdiyi Hacıyev kimdir?
- Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
- Prezidentin köməkçisi: "Zəngəzur dəhlizi Ermənistan üçün yeni imkanlar açacaq"
- Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin qərargahı istifadəyə verilib
- Prezidentin bu gün təyin etdiyi xidmət rəisi kimdir? - DOSYE
- Prezidentin xüsusi nümayəndəsi Ağdamda ağac əkib
- Prezidentin köməkçisi xarici media nümayəndələrinə çağırış edib
- Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır
- Prezidentin köməkçisi tibb işçilərinə xəbərdarlıq edib
- Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib