Azərbaycan-Rusiya konfransı keçirilib - Bakıda
21:15 26 Fevral 2019
Bakıda “Ortaq gələcəyin qurulması, ortaq keçmişin axtarışı və ortaq bu günün inkişafı” adlı illik konfrans keçirilib. Tədbir “AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu (Azərbaycan) və Siyasi Tədqiqatlar İnstitutu (Rusiya) tərəfindən təşkil edilib.
Konfransın aparıcıları Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Rusiya Parlamentlərarası Dostluq Qrupunun həmsədri Əli Hüseynli və Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov olub.
Konfransda Azərbaycan ilə Rusiya arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq, keçmişdə törədilmiş cinayətlərin unudulmasının, nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinin və faşizmə qarşı mübarizədə sovet xalqının rolunun azaldılmasının yolverilməzliyi məsələləri, habelə müasir dünyada əsas geosiyasi çağırışlar müzakirə edilib.
Konfransın işində Rusiya Federasiyası Federasiya Şurasının üzvləri və Federal Məclisin Dövlət Dumasının deputatları, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, rusiyalı və azərbaycanlı ictimai xadimlər və ekspertlər iştirak ediblər.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəsi Valentin Denisov agentliyin rəhbəri Eleonora Mitrofanovanın konfrans iştirakçılarına təbrikini oxuyub.
Femida.az
Oxunub: 375
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb