31 cinayətin üstü “isti izlər”lə açıldı
10:24 27 Fevral 2019
Fevral ayının 26-dən 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
Oxunub: 305
Oxşar xəbərlər
- 31 min rüşvət alan xəstənəxana direktoru həbs olundu
- 31 yaşlı FHN əməkdaşı koronavirusdan vəfat etdi
- 31 dekabr və 1 yanvarda avtobuslar işləyəcək
- 31 obyektdə pozuntular aşkarlanıb
- 313 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
- 3100 təhsil müəssisəsi dezinfeksiya olunub
- 31 yaşlı deputat Kamal Cəfərov kimdir? - DOSYE
- 31 yaşlı qadın dəm qazından öldü
- 31 yaşlı kişini ürəyindən bıçaqlayan şəxs tutuldu
- 31 yaşlı qadının ölümünə görə cinayət işi açıldı