Xocalı yürüşündə 55 min adam iştirak edib - Meriya AÇIQLADI


10:35     27 Fevral 2019 19_02_27_1551249392.jpg


Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti fevralın 26-da paytaxtda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı soyqırımı qurbanları abidəsinə ümumxalq yürüşü keçirilməsi barədə məlumat yayıb.


Femida.az həmin məlumata istinadən bildirir ki, əlli beş mindən çox insanın iştirak etdiyi, ön sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları yürüş zamanı “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!” və digər çoxsaylı şüarlar nümayiş etdirilib.

Bu yürüş xalqla hakimiyyətin birliyini, vəhdətini və xalqın öz rəhbərinə verdiyi böyük dəstəyi bir daha göstərdi.

Yürüşdə iştirak edən böyük insan kütləsi Xocalı soyqırımının heç zaman unudulmayacağını və bu qanlı cinayəti törədənlərin Azərbaycan Prezidentinin apardığı siyasət, gördüyü işlər nəticəsində cəzasız qalmayacaqlarına xalqımızın inamını nümayiş etdirdi.

Femida.az

Açar sözlər: #Xocalı   #soyqırım   #faciə  

Oxunub: 681