Vəzifəli şəxs qəzaya düşdü, ağır yaralandı


11:09     27 Fevral 2019 2019/02/5c12ffe8-f7f8-4109-beee-f554e805b1cf_1551251933.jpg


Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi yol qəzasında ağır yaralanıb.



Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsində baş verib.

Belə ki, Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev idarə etdiyi xidməti avtomobili ilə hərəkətdə olan zamanı idarəetməni ititib və avtomobil beton maneəyə çırpılıb.

Qəza zamanı Ə.Əmirəliyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 445