Oğurluq edən yeniyetmələr saxlanılıb


12:00     27 Fevral 2019 cinayetkar%20usaq.jpg

Quba rayonunun Xınalıq kəndində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən üç yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan yeniyetmələr dindirilmə zamanı törətdikləri oğurluq əməllərini etiraf ediblər.

Araşdırmalarla məlum olub ki, onlar iki evdən 2 ədəd mobil telefon, 2 ədəd qol saatı, durbin, süngü-bıçaq, “İj” markalı ov tüfəngi, patrondaş, 12 patron, həmçinin məişət avadanlıqları və geyim əşyaları oğurlayıblar.

Oğurlanmış əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 416