Bankların rəhbər şəxsləri təcili görüşə çağırıldı

Bankların rəhbər şəxsləri təcili görüşə çağırıldı


14:08     27 Fevral 2019 bank31avqust.jpg

Bu gün saat 17:00-da Azərbaycan Beynəlxalq Bankı ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) növbədənkənar Ümumi Yığıncağı keçiriləcək. Kommersiya banklarının rəhbər şəxsləri yığıncağa çağırılıb.


Femida.az "Marja"ya istinadən xəbər verir ki, yığıncaqda bank sektorunun cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Yığıncaqda əsas müzakirə mövzusunun problemli kreditlər məsələsinin dövlət tərəfindən həll edilməsi məsələsinin olacağı ehtimal edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 368


Oxşar xəbərlər