“Dedim, aptekdən dərman alıram, geri gəlmədim” - Dələduzluq edən şəxs (VİDEO)


15:25     27 Fevral 2019 2019/02/734519_1551266895.jpg

Quba RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda Quba və yaxın rayonlarda çoxlu sayda oğurluq və dələduzluq etməkdə şübhəli bilinən 35 yaşlı Ramiz Sabirov saxlanılıb.


Femida.az ARB TV-yə istinadən xəbər verir ki, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib.

R.Sabirovun ətrafında aparılan tədbirlərlə, onun müxtəlif vaxtlarda Quba rayonunda ümumilikdə 16 nəfərə qarşı dələduzluq və oğurluq etdiyi məlum olub.

Ramiz Sabirov - Saxlanılan şəxs: "Taksiyə oturub avtovağzala gəldim dedim, 30 manat ver, alası şeylərim var, alıb gəlirəm. Gedib qayıtmadım. Sonra bazara girib dedim ki, aptekdən dərman alıram, 70 manat verdi, gedib geri gəlmədim".

Onun başqa hadisələrdə iştirak edib-etməməsi araşdırılır. Əgər Ramiz Sabirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə müraciət etmələri və ya şəhər telefonlarından (023)3353511; (023)3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.



Femida.az

Açar sözlər:

Oxunub: 542


Oxşar xəbərlər