Xızıda yanğın, 2 nəfər xəsarət alıb


16:32     27 Fevral 2019 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Xızı rayonunda yaşayış evi yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az -a verilən məlumata görə, yanğın rayonun Yarımca kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evdə baş verib.

Belə ki, evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Açar sözlər:

Oxunub: 274