Prokuror 300 min manatdan artıq dələduzluq edən iş adamına cəza istədi
17:07 27 Fevral 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əzimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 9 il azadlıqdan məhrum edilməsinin istəyib.
Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.
İttihama əsasən, iş adamı olan Z.Əzimov tanışları Asiman Ağayevdən 60 min, Elşən Məmmədovdan 217 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat pul alıb. Bütün bunların qarşılığında Z.Əzimov tanışlarına biznes fəaliyyəti ilə məşğul olacaqlarını deyib.
Z.Əzimov əldə edəcəyi qazancdan hər ay tanışlarına müəyyən məbləğdə gəlir verəcəyini vəd etsə də, sonra aldığı məbləği geri qaytarmayıb.
Nərimanov rayon Polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov 2017-ci ildə saxlanılıb. / Trend
Femida.az
Oxunub: 369
Oxşar xəbərlər
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Prokuror Cəlilabadın sabiq icra başçısına 13 il həbs cəzası istəyib
- Prokurorluq orqanlarının veteranı vəfat edib
- Prokurorluq Lənkəranda 27 yaşlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı məlumat yayıb
- Prokurorluq Salyanda baş verən qətllə bağlı məlumat yayıb
- Prokuror Maqsud Mahmudova 14 il həbs cəzası istəyib
- Prokuror Ceyhun Sultanov və Cəlal İsayevin evlərindən oğurluq edən şəxslərə cəza istəyib
- Prokuror Bakıda tanışını qətlə yetirən şəxsə 19 il həbs cəzası istəyib
- Prokurorluq Samuxdakı qətllə bağlı məlumat yayıb
- Prokuror polis şöbəsində arvadını güllələyən serjanta 20 il həbs cəzası istəyib