Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilir


20:17     27 Fevral 2019 milli-meclis.jpg

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Femida.az xəbər verir ki, komitə sədri Əli Hüseynli gündəlikdə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” məsələnin olduğunu deyib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışları, tikinti sahəsinə dair imzaladığı fərmanlar və sənədlərlə şəhərsalma və tikinti sahəsində fundamental, keyfiyyətcə yeni islahatların başlanğıcını qoyub. Hazırda təklif edilən dəyişikliklər Məcəllənin icrası ilə bağlı boşluqları doldurmağa və sənədin təkmilləşdirilməsinə xidmət edir.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Rəşad İsmayılov Məcəllədə edilən dəyişiklikləri şərh edib, xüsusilə, tikintiyə icazə verilməsinin ümumi qaydalarını ehtiva edən 75-ci maddə barədə deputatlara ətraflı məlumat verib.

Müzakirə zamanı qanun layihəsini ciddi təhlil edən komitə üzvləri təkliflərini səsləndiriblər.

İclasda iştirak edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov yeni layihədə əksini tapan bir sıra məsələlərə aydınlıq gətirib.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Anar Quliyev deputatları maraqlandıran suallara cavab verib. Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 569