Türk və müsəlman cəmiyyətindən ABŞ-a ETİRAZ


20:28     24 Oktyabr 2015 DSC_0666.jpg

Nyu Yorkdakı Türk və müsəlman cəmiyyəti Bruklinin bələdiyyə başçısı Erik Adamla birgə mətbuat vasitəsilə öz etirazlarını ABŞ-a çatdırıblar.


Femida.az-ın məlumata görə, iştirakçılar Bruklində yerləşən Sultan Əyyub Məscidinin qarşısında toplaşaraq mətbuata açıqlama verib.

İştirakçılar prezidentliyə namizəd olan Respublikaçı Donald Tumpun məscidləri qapatdıracağı ilə bağlı açıqlamasına qarşı öz etirazlarını irəli sürüblər. Eyni zamanda Tumpun açıqlamasından sonra “Daily News” qəzetinin də yazılarının birində Sultan Əyyub Məscidinin şəklindən istifadə edərək məscidi İŞİD-lə eyniləşdirməsi buradakı Türk və müsəlman cəmiyyətini narahat edib.

Mətbuat qarşısında çıxış edən Erik Adam bildirib ki, Sultan Əyyub Məscidi Türk və müsəlman cəmiyyəti üzvlərinin sıxlıq təşkil etdiyi bir məsciddir. O, bir neçə gün öncə Türkiyəyə gedən zaman oradakı insanların da müxtəlif hücumlara məruz qaldığını gördüyünü deyib.

Bir müddət bundan əvvəl Respublikaçı Partiyanın Nyu York Konqresi üzrə üzvü T.Kinq də müsəlmanları təqib etməyin zəruri olduğunu bildirib . Bu məsələyə də toxunan bələdiyyə başçısı bildirib ki, Kinq və Tump kimi siyasətçilər nifrət atəşinə tuş gəlmək istəyirlər.

Sonda o qeyd edib ki, dini azadlıq amerikalılar üçün ən böyük inancdır və bir dövlət olaraq biz bunu qorumalıyıq.

Açar sözlər:

Oxunub: 893