Azərbaycanda 900-dən çox məhkum elektron qolbaq daşıyır


22:14     27 Fevral 2019 2019/02/21-55-31-elek_1551290190.jpg

Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb.

Femida.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə baş tutan Məhkəmə-Hüquq Şurasının iclasında məlumat verilib.

Bildirilib ki, artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.

Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib. 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb.

Açar sözlər:

Oxunub: 319