Bayraqla birlikdə havaya qalxan əsgər yerə çırpıldı – Video


09:16     28 Fevral 2019 19_02_28_1551331027.jpg

Meksikanın Çiuaua ştatında bayraq qaldırma mərasimində gözlənilməz hadisə yaşanıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, Raul Misal Flores adlı əsgər bayrağı qaldırarkən ayağı parçaya ilişib və bayraqla birlikdə 6 metr yüksəkliyə qalxıb.

Bayraq tam açıldıqda isə Raul hündürlükdən yerə çırpılıb. Ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılan əsgər sinəsindən və ayaqlarından travma alıb, 3 qabırğası sınıb.

Hazırda vəziyyəti stabil olan Floresi qubernator Xavyer Korral ziyarət edib.


Açar sözlər:

Oxunub: 728


Oxşar xəbərlər