Hava limanında “Bakı Taksi Xidməti” fəaliyyətə başladı - FOTO
10:58 28 Fevral 2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhərin istənilən nöqtəsinə təhlükəsiz, komfortlu və taksometrlə təyin edilən standart qiymətlərlə sərnişin daşıma xidməti təşkil edir.
Bu barədə Femida.az-a nazirlikdən məlumat verilib.
Xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin təmin edilməsi üçün aparılan bir sıra islahatların nəticəsi olaraq Hava Limanı ərazisində yerli sakinlərə və turistlərə yalnız “Bakı Taksi Xidməti” MMC taksi fəaliyyəti göstərəcək.
Müştərilərin sifarişinin rahat qəbul olunması üçün Aeroport daxilində məlumat stendi quraşdırlıb.
Taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib. “Taxometer” cihazı vasitəsilə müştəri yalnız qət etdiyi məsafəyə uyğun ödəniş edir. Taksi xidməti sahəsində ilk dəfə olaraq “Bakı Taksi Xidməti” MMC-nin sürücüləri xüsusi uniforma ilə təmin olunub.
Eyni zamanda, işə xüsusi təlim keçmiş və əcnəbi qonaqlarla rahat ünsiyyət qurmaq üçün dil bilgisi olan şəxslər qəbul olunur.
Yeni fəaliyyətə başlayan “1848” Çağrı mərkəzi taksi xidmətindən istifadəni daha da rahatlaşacaq.
Femida.az
Oxunub: 247
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirib
- Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
- Gəncə Hava Limanı yaxınlığında 31 ədəd təlimə yararsız bomba tapılıb
- Hava ilə bağlı xəbərdarlıq
- Bu günə gözlənilən hava proqnozu
- BNA havaların soyuması ilə əlaqədar dezinfeksiya işləri aparır
- Hava ilə bağlı XƏBƏRDARLIQ
- Hava dəyişkən buludlu olacaq
- Sabahın hava proqnozu açıqlanıb
- Sabah bəzi ərazilərdə yağış yağacaq