Qadınları fahişəliyə cəlb edən azərbaycanlı tutuldu - İstanbulda


12:15     28 Fevral 2019 19_02_28_1551341759.jpg


Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.


Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Yaqut Məmmədzadə həbs edilib.

Yaqut Məmmədzadənin bir qrup şəxslə cinayət əlaqəsinə girməsi və Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb, orada insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Məlum olub ki, Yaqut Məmmədzadə Türkiyə qadın aparan qruplardan birinin dəstə başçısıdır.

O, Türkiyədə cinsi istismara məruz qalan qadınların baş idarəyə şikayətindən sonra ifşa edilib.

Faktla bağlı araşdırma aparılır. / teleqraf

Femida.az

Açar sözlər:

Oxunub: 539