Ombudsmandan pensiya ilə bağlı tələb: "Bu şəxslər işdən çıxarılmasın!"


14:28     28 Fevral 2019 ombudsman52.jpg

İşçilərin ixtisarı zamanı nəzərə alınmayan ən ciddi məsələlərdən biri pensiya yaşının çatmasına azı 5-7 il qalmış şəxsin işdən azad edilməsidir.


Femida.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsində bildirilib.

Məruzədə qeyd olunub ki, bu yaşda şəxslərin, xüsusilə qadınların işlə təmin edilməsi ciddi problemdir: “Bu səbəbdən yaşa görə əmək pensiyası yaşına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması, bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə, eyni zamanda işəgötürən tərəfindən müvafiq hallarda işə qəbuldan əsassız imtina edilməsinə görə inzibati məsuliyyətin müəyyən edilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə müvafiq əlavələrin edilməsi zəruridir”.

Femida.az

Açar sözlər:

Oxunub: 761