Sərhəddə 17 kq-dan çox narkotik aşkarlandı
14:40 28 Fevral 2019
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində keçirilmiş tədbirlər nəticəsində 17 kq 285 qram narkotik vasitənin və 3000 ədəd psixotrop preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Femida.az-a verilən məlumata görə, 26 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, 2 ədəd sarı və ağ rəngdə torbalarda 4 kq 75 qr “heroin” və 4 kq 290 qr “marixuana” aşkar olunaraq götürülüb.
26 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən əraziyə baxış keçirilərkən 2 ədəd sahibsiz halda bağlama aşkarlanıb. Bağlamalara baxış zamanı 7 kq 900 qr “tiryək”, 1 kq 20 qr “heroin”, 3000 həb “metadon-40” psixotrop preparatlar və 2 qutu tütün məmulatları aşkarlanıb.
Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 499
Oxşar xəbərlər
- Sərhəddə insident olub, bir nəfər zərərsizləşdirilib, bir nəfər axtarılır
- Sərhəddə xidmət aparan gömrük əməkdaşlarına xarici dil təlimləri keçirilib
- Sərhəddəki atışmada Qırğızıstanın 33 vətəndaşı ölüb
- Sərhəddə film kimi əməliyyat - Atəş açıldı, avtomobillə qaçanlar saxlanıldı
- Sərhəddən 8809 ədəd psixotrop həbin keçirilməsinin qarşısı alınıb
- Sərhəddən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
- Sərhəddə qida təhlükəsizliyi məntəqələri yaradılacaq
- Sərhəddə təcili tibbi yardım tam təchiz olunmuş vəziyyətdə dayanıb - RƏSMİ
- Sərhəddə çamadanın tutacağında heroin gətirən iranlı saxlanılıb - FOTO
- Sərhəddə 3 kq narkotik tutulub