Problemli kreditlərlə bağlı qərarın sadə dildə İZAHI


14:50     28 Fevral 2019 19_02_28_1551351069.jpg


Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı.

Bu fərmanla kredit problemi əhalinin böyük bir qisminin problemi həll olunacaq. Fərmanın məğzini sadə və anlaşılan dildə hüquqşünas Elnur Əliyev Femida.az-a şərh edib:

1. Hazırda 10000 ABŞ dollarınadək xarici valyutada kredit borcu (faizlər və cərimə nəzərə alınmadan) olub devalvasiyanın təsirinə məruz qalmış vətəndaşlara (krediti vaxtında ödəyib-ödəməməsindən asılı olmayaraq) kreditin əsas məbləği 0.78 məzənnə ilə hesablanacaq, artıq hissəni dövlət ödəyəcək. Əvvəlcə ötən dövr üçün borcların 0.78 manatdan artıq hissəsi banklara ödəniləcək, növbəti illər üzrə ödənilməli olan hissə isə vətəndaşlara veriləcək. 0.78 manatadək olan hissəni isə vətəndaşlar ödəməli olacaq. Faizlər üzrə və dəbbə üzrə güzəştlər əlavə şəkildə müəyyənləşdiriləcək. Hər bir şəxs üzrə ödənilən vəsaitin ümumi həcmi 5000 dollaradək ola bilər.

2. 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə 10000 ABŞ dollarınadək və ya 17000 manatadək kredit borcu olan və kreditin ödənilməsini 360 gündən (1 il) çox gecikdirən vətəndaşlarla borcun qaytarılmasına köməklik etmək üçün illik 1 faizlik yeni kredit müqavilələri bağlanacaq.

3. Bu kreditlər üzrə faizlər və cərimələr siləcək, məhkəmədə və icrada olan işlərə xitam veriləcəkdir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #kredit   #fərman   #izah  

Oxunub: 2100