İranda “Qarabağ Ermənistanındır!” şüarı qaldırıldı


15:43     28 Fevral 2019 2019/02/alcaq_1551354311.jpg

“İranda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənilərlə görüşündə açıq-aşkar qaldırılan şüara İran rəsmiləri mütləq açıqlıq gətirməlidirlər”.


Femida.az bildirir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədəki paylaşımında yazıb.

Deputat bildirib ki, həmin plakatda “Qarabağ Ermənistanındır!” yazılmasının heç şübhəsiz ki, İran hakimiyyətinin razılığı ilə baş verib və bununla İran Azərbaycan ərazilərinin işğal olunmasına loyal münasibətini ortaya qoymuş olur: “Biz İrana qarşı sanksiyalara qarşı çıxdığımız halda, İranın Azərbaycana münasibətdə bu cür qonşuluq prinsiplərinə uyğun gəlməyən davranışına qarşı sözümüzü açıq şəkildə deməliyik. Doğrudur, bu cavablar Azərbaycanda bir çox İran sevdalılarının xoşuna gəlməyəcək, ancaq müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər.

Biz İran-Ermənistan münasibətlərinə qarışmırıq, özünü müsəlman adlandıranların ermənilərə sevgisinə də bir söz demirik, lakin Azərbaycanın ərazi bütövlüyümüzü təhdid edən və rəsmi Tehran tərəfindən dəstəklənən bu siyasi tərbiyəsizliyə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq”.

Açar sözlər:

Oxunub: 980