Mustafa Babanlı İstanbulda zirvə görüşündə


15:55     28 Fevral 2019 2019/02/rektor_1551354984.png

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı fevralın 27-də İstanbulda işinə başlayan Avrasiya Universitetləri Birliyinin “IV Avrasiya Ali Təhsil Zirvə Görüşü”ndə iştirak edir.


Femida.az xəbər verir ki, 70-dən artıq ölkədən universitet rəhbərləri və ekspertlərin iştirak etdiyi tədbirdə 4-cü sənaye inqilabı dövründə tədris, universitet-biznes əməkdaşlığı, beynəlmiləlləşdirilmənin strategiyası, universitetlərin akkreditasiyasına həsr olunmuş panellər və seminarlar təşkil olunub.

Konfrans çərçivəsində Mustafa Babanlı müxtəlif ölkələrdən gəlmiş nümayəndələrlə çoxsaylı görüşlər keçirib, ADNSU haqqında məlumatları çatdırıb.

Qeyd edək ki, Avrasiya Universitetləri Birliyinin toplantısı öz işini martın 1-də yekunlaşdıracaq.

Femida.az

Açar sözlər:

Oxunub: 651