"Dünyanın heç bir yerində insanlara bu formada güzəşt edilməyib” - Hadi Rəcəbli


16:05     28 Fevral 2019 hadi%20recebli.jpg

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının çox böyük əhəmiyyəti var. Dünyanın heç bir yerində bu cür addım atılmayıb, insanlara bu formada güzəşt edilməyib”.



Femida.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri qeyd edib ki, bu addımın mərkəzində vətəndaş dayanır:
“Təbii ki, banklar da buradan faydalanacaqlar. Xüsusi qeyd edirəm ki, burada əsas vətəndaşın mənafeyi qorunur. Prezident İlham Əliyev bu addımla xalqa yaxın olduğunu bir daha göstərdi. Bu fərman bank sisteminə də dəstəkdir, banka etibar edənlərin, pul yatıranların sayı artacaq. Ölkənin maliyyə sistemində təkmilləşdirilmə aparılır. Prezident İlham Əliyev çıxışlarında 2019-cu ilin islahatlar ili olacağını qeyd edirdi. Prezident həmin vədi yerinə yetirir".

Açar sözlər:

Oxunub: 610