Evlərdən oğurluq edən şəxslər ələ keçdi


16:29     28 Fevral 2019 topazdan%20ogurluq.jpg

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-dən fevralın 27-dək olan müddətdə Buzovna qəsəbəsi ərazisindəki 3 evdən, ümumilikdə 2300 metr elektrik naqili, elektrik təmir-tikinti alətləri və su mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Əmrahov və S.Babayev saxlanılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 360