Azərbaycana ən çox turist BU ÖLKƏLƏRDƏN gəlib


17:53     28 Fevral 2019 2015-06-23-21-23-22big_turistie.jpg

Bu ilin yanvarında Azərbaycana gələn əcnəbilərin sayı üzrə ən yüksək artım Pakistan, Hindistan, Qazaxıstan və Türkmənistan üzrə qeydə alınıb.


Dövlət Turizm Agentliyindən Femida.az-a verilən məlumata görə, 2019-cu ilin yanvar ayında ölkəmizə 191,4 min xarici vətəndaş gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur.

Əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Orta Asiyadır. Bu regionlardan gələn turistlərin sayında müvafiq olaraq 60,9% və 35,4% artım baş verib.

Ən yüksək artım tempi Cənubi Asiya ölkələrindən Pakistan və Hindistana, Mərkəzi Asiya bölgəsinə aid olan Qazaxıstan və Türkmənistana məxsusdur.

Yanvarda bu ölkələrin hər birindən Azərbaycana 2000-dən çox xarici vətəndaş gəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 434