Qadınları Türkiyədə satan kişi tutuldu


20:10     28 Fevral 2019 19_02_28_1551369161.jpg

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Y.Məmmədzadənin bir qrup şəxslə əlbir olub gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədzadə saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 487