Ərdoğan İmran Xana zəng etdi


20:43     28 Fevral 2019 19_02_28_1551372276.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın baş naziri İmran Xanla telefonda danışıb.

Femida.az “Hürriyet”ə istinadən xəbər verir ki, Ərdoğan İmran Xanla son zamanlar Hindistanla yaşanan gərginlikdən və bölgədəki məsələlərdən danışıb.

Qeyd edək ki, Pakistan fevralın 27-də Kəşmir üzərindən uçan Hindistanın “Mirage-2000” və “MiQ-21” tipli iki hərbi təyyarəsini vurub. İki pilot əsir götürülüb, onlardan biri ağır vəziyyətdədir. Hindistan Hərbi-Hava qüvvələri isə hava sahəsini pozan Pakistana məxsus “F-16” qırıcı təyyarəsini vurub.

Açar sözlər:

Oxunub: 538