Sabiq prezidentə ölüm hökmü – Son dəqiqə


19:57     16 May 2015 olum%20hokmu.jpg

Misirin devrilmiş prezidenti Məhəmməd Mursi məhkəmənin qərarı ilə edam cəzasına məhkum edilib.


Femida.az xəbər verir ki, sabiq prezident Məhəmməd Mursi "Həmas"a məlumat ötürməkdə günahlandırılır.

Məhkəmə tərəfindən “Həbsxanalara basqın” və “Casusluq” ilə təqsirləndirilən sabiq prezidentlə yanaşı "Müsəlman Qardaşlar" təşkilatının yüksək səviyyəli 14 səlahiyyətli şəxsinə də edam cəzası verilib.

Hazırda məhkəmə şübhəlilərin sənədlərini müftiyə göndərib. Müftinin qərarından sonra məhkəmə qəti qərarını açıqlayacaq.

Qeyd edək ki, Misir məhkəməsi 21 apreldə Mursini mühakimə edərək ona 20 il həbs cəzası vermişdi.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 584