Bakıdan Kəlbəcər girovuna məktub aparılıb
23:21 28 Fevral 2019
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevral ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın.
Kəlbəcər girovu Şahbaz Quliyevin qardaşı İlham Quliyev Femida.az-a açıqlamasında görüşdən xəbərdar olduğunu deyib.
“Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri bizə zəng edib, görüş barədə məlumat verdilər. Bildirdilər yazdığımız məktubu Şahbaza veriblər. Bizə Şahbazın səhhəti və onun niyə məktub yazmaması barədə heç nə demədilər. Şahbazdan nigaran qaldıq. Nə məktub var, nə də video görüntü”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Femida.az
Oxunub: 460
Oxşar xəbərlər
- Bakıdan İstanbula yola düşən təyyarələri əlverişsiz hava ilə bağlı eniş edə bilməyib
- Bakıdan Kiyevə fevralın 28-ə olan uçuş ləğv olunub
- Bakıdan Şuşaya təşkil edilən avtobus reyslərinin sayı 2 dəfə artırılıb
- Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri açıqlanıb
- Bakıdan Cəlilabadda qanunsuz ov etməyə gedən şəxslər saxlanılıb
- Bakıdan regionlara dəmir yolu ilə sərnişin daşınması bərpa olunur
- Bakıdan nümayəndə heyəti Tehrana gedir
- Bakıdan keçən Türkiyənin ilk ixrac qatarı bu gün Qazaxıstana çatacaq
- Bakıdan Moskva və Kiyevə çarter reysləri yerinə yetiriləcək
- Bakıdan Sumqayıta yeni yol çəkiləcək