Peşə məktəblərinin nizamnaməsi təsdiq edildi


09:10     01 Mart 2019 19_03_01_1551417385.jpg


“Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarında dəyişiklik edilib.


Femida.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları tabeliklərində olan peşə təhsili müəssisələrinin (cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini (nizamnamələrində dəyişiklikləri) iki ay müddətində təsdiq etməlidir.

Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tabeliyində olan peşə təhsili müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Təhsil Nazirliyinə təqdim etməli və Təhsil Nazirliyi həmin peşə təhsili müəssisələrinin nizamnamələrini təklif təqdim olunduğu gündən iki ay müddətində təsdiqləməlidir.

Eyni zamanda peşə təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirmələrini təmin etməlidirlər.

Femida.az

Açar sözlər: #peşə   #təhsil  

Oxunub: 473