Qusarda doğulan üçəmlərdən xəbər var


10:28     01 Mart 2019 2019/03/5c78d0cda837b_1551420949448182645_1000x669_1551422038.jpg

Bir həftə əvvəl Qusar Rayon Mərkəzi Xəstəxanasında doğulan üçəmlər evə buraxılıb.



Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qubanın 1-ci Nügədi kənd sakini, 36 yaşlı İlahə Mirzəyevanın dünyaya gətirdiyi körpələrin üçü də oğlandır.

Üçəmlər vaxtında dünyaya gəldiyindən səhhətlərində heç bir problem olmayıb. Körpələrin çəkisi doğulanda 2,8, 2,7 və 1,8 kiloqram olub. Bu, İlahə Mirzəyevanın ikinci hamiləliyidir.

Körpələrə Uğur, Ömər və Amin adları verilib.

Son 10 ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında üç dəfə üçəm doğulması qeydə alınıb. Sonuncu dəfə üçəmlər 2017-ci ilin dekabrında dünyaya gəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 468