Novruz Bayramına görə yarmarkalar olacaq - Ünvanlar


11:27     01 Mart 2019 2019/03/df5c272a-630a-4c57-a879-abe92b3c893e_1551425458.jpg

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramının yaxınlaşması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın tapşırığına əsasən paytaxtın bütün rayonlarında hazırlıq işlərinə başlanıb.


BŞİH-dən Femida.az-a verilən məlumata görə, işlər çərçivəsində şəhərin meydan və parklarının, istirahət bağlarının abadlaşdırılması, burada yeni yaşıllıqların salınması, gül və kolların əkilməsi həyata keçirilir. Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılmasına başlanıb, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri quraşdırılır.

Bayramla əlaqədar mart ayının 2-dən etibarən partaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyə başlayacaqdır. Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeylu ucuz təklif edəcəklər. Bu fermerlər üçün yarmarkalarda müvafiq şərait yaradılıb. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qururmlar tərəfindən nəzarət ediləcəkdir.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətə Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə, ilk növbədə metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılmış və burada da bayram ərzaqlarının, müxtəlif hədiyyələrin satışı təşkil olunub. Yarmarkalar martın 25-nə kimi davam edəcəkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 747