Qohumunun çantasından 7000 minlik qızıl oğurladı


12:11     01 Mart 2019 qizil1.jpg

Saatlı rayonunun Dədə Qorqud kənd sakini olan bir qadın fevralın 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus çantadan 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Femida.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Dədə Qorqud kənd sakini Roman Cahangirov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 478