İş tapa bilməyən gənclər hökumətə etiraz edir - Ermənistanda


12:33     01 Mart 2019 2019/03/ermenistan-irevan-etiraz_1551429300.jpg

Ermənistanda hər ötən gün ictimai-siyasi vəziyyət daha xaotik hal alır. İşğalçı ölkədə iş tapa bilməyən gənclər etiraz aksiyasına başlayıblar.


Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvanda hökumət evinin qarşısında 700-ə yaxın gənc etiraz aksiyası keçirib. Onlar hakim dairələrdən işlə təmin olunmalarını tələb edirlər. "Boş nağıllarla bizi aldadırlar. İşlədiyimiz yerləri də bağlayırlar. Gənclərin əsas tələbi də bu problemin həll olunmasıdır. Aidiyyəti qurumlardan tələb edirik ki, məsələyə aydınlıq gətirsinlər”, - deyə etirazçılar bildiriblər. Onlar iki saata yaxın hökumət binası qarşısında aksiya keçirsələr də, rəsmilərdən heç kim gəncləri dinləməyib.

Bir qrup vətəndaş isə 11 il əvvəl hakimiyyət tərəfindən törədilən 1 mart terrorunda əli olanların həbsi məqsədilə yürüş keçirib. Bölgələrdən 10 minlərlə insan əllərində "1 mart qatilləri cəzalandırılsın” şüarı ilə Yerevana doğru hərəkət etməyə başlayıb. Nümayişçilərdən Hranuş Avetisyan deyir ki, həmin gecə 17 yaşlı oğlu qətlə yetirilib. Bu terroru törədənlər düz 11 ildir ki, cəzasız qalıblar. İndiyədək həmin qanlı tarixi qeyd etməyə imkan verilmirdi. Hər il 1 mart günü Sarkisyanın göstərişi ilə Ermənistan polisi gücləndirilmiş iş rejiminə keçirdi. İki gün əvvəl fevralın 27-dən bölgələrdən şəhərə gedən bütün yollarda xüsusi postlar qurulurdu ki, xalq paytaxta axışmasın. Qorxurdular ki, qatillərin iç üzü açılar. Aksiya iştirakçıları bu dəhşətli cinayətin başında duran Koçaryan və Sarkisyan kimi qatillərin ömürlük həbs olunmasını tələb edir. Məxməri inqilabdan sonra 1 mart terroru ilə bağlı cinayət işi açılıb.

1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olan Vardan Oskanyan da 2008-ci il 1 mart hadisələri ilə bağlı ifadə verib. İstintaq komitəsindən bildirilir ki, həmin tarixdə baş verənlərə görə əsas məsuliyyət Serj Sarkisyanın üzərinə düşür. Çünki məhz o, güc strukturlarının İrəvana yeridilməsində birbaşa səlahiyyətə sahib olub. Dövlət terrorunu rəhbər şəxslər əllərində olan bütün resurslardan istifadə edərək törədiblər. Qaldırılan cinayət işi çərçivəsində sabiq prezident Robert Koçaryan artıq həbs edilib. Onun vəkili Serj Sarkisyanla görüşə can atır. Vəkil Hayk Alumunyan dəfələrlə "Respublikaçı”ların qərargahına getməsinə baxmayaraq, işğalçı ölkənin keçmiş prezidenti onunla görüşməkdən imtina edib. Vəkil Koçaryanın tapşırığı ilə bu addımı atır. Ehtimal olunur ki, Koçaryanın vəkili istintaq sirləri ilə bağlı Sarkisyana deyiləcək və ondan nəyəsə aydınlıq gətiriləcək fikirləri var.

Femida.az

Açar sözlər:

Oxunub: 526