Həbib Nurməhəmmədov: "Kişi olmaq çox çətindir"


15:31     01 Mart 2019 2019/03/hebib_1_1551440009.jpg


UFC-nin yüngül çəki üzrə çempionu Həbib Nurməhəmmədov “Instagram” hesabında müasir kişilərin həyatı ilə bağlı rəy bildirib.

Nurməhəmmədovun sözlərinə görə, kişi ilə problem bir-birindən ayrılmaz məfhumlardır.

“Elə olmur ki, kişi olasan, amma problemin olmasın. Kişi olmaq çox çətindir. Ələlxüsus indiki zəmanədə”, - deyə döyüşçü əlavə edib.

Xatırladaq ki, fevralın 25-də X.Nurməhəmmədov “Kişilərin ovu” tamaşasına qarşı çıxmışdı. Döyüşçü tamaşanın qeyri-etik məzmunlu olduğunu bildirmiş və belə tədbirlərin Dağıstanda təşkil olunmasına qarşı çıxdığını vurğulamışdı.

Femida.az

Açar sözlər: #Həbib   #Nurməhəmmədov   #UFC  

Oxunub: 663