İlham Əliyev və Paşinyan görüşəcək - Minks qrupu AÇIQLADI
15:45 01 Mart 2019
"Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk qrupu həmsədrlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər".
Femida.az xəbər verir ki, bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərinin yekununa dair birgə bəyanatında bildirilir.
Bəyanatda həmsədrlərin bu yaxınlardakı Bakı və İrəvan səfərləri zamanı liderlərin yanvar ayında Davosdakı Dünya İqtisadi Forumu zamanı danışıqları barədə onlara məlumat verdikləri qeyd olunur.
Xatırladaq ki, regiona son səfərləri zamanı həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla sözügedən ölkələrdəki mövcud vəziyyəti müzakirə edərək bundan sonrakı addımlarla bağlı gözləntilərini çatdırıblar.
“Həmsədrlər təmas xəttində hələ də itkilərin olmamasını müsbət qiymətləndirib. Onlar həmçinin regionda əhalini sülhə hazırlamaqla bağlı müzakirələrin genişlənməsini alqışlayıblar”, - bəyanatda vurğulanır.
Femida.az
Oxunub: 669
Oxşar xəbərlər
- Macarıstan Ukraynadakı vəziyyətə görə immiqrasiya siyasətini dəyişməyəcək
- “Azərbaycanda real siyasətə əsaslanan yanaşmalar tətbiq olunur” - ABŞ-ın sabiq diplomatı
- "Ermənistan diasporu Azərbaycana qarşı revanş siyasəti yürüdür" - Hikmət Hacıyev
- Ermənistanda bir qrup siyasətçi Xüsusi İstintaq Komitəsinə çağırılıb
- İsrailli politoloq: "Azərbaycanın müstəqil xarici siyasəti İranı qıcıqlandırır"
- Azay Quliyev: "Qrant siyasətimiz Qarabağda quruculuğa yönəldiləcək"
- Ombudsman Ermənistan hökumətini azərbaycanlılara qarşı nifrət siyasətindən əl çəkməyə çağırıb
- Britaniyalı siyasətçi ilə görüş keçirilib
- İrəvan təcavüzkar siyasəti Ermənistanı yeni problemlərlə qarşılaşdıracaq - Ömər Çelik
- Gələcək üçün iqtisadi, siyasi və hərbi hədəf elan edildi: Şərqli, qərbli ZƏNGƏZUR