“Məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var” - Prezident

“Məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var” - Prezident


16:02     01 Mart 2019 19_03_01_1551441890.jpg


“Digər sahələrdə islahatlar aparılır və aparılmalıdır. Təhsil sahəsində islahatlar aparılır və deyə bilərəm ki, müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin artıb. Yəni, cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olub”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə deyib.

Prezident vurğulayıb ki, təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi əlbəttə ki, böyük dəyişikliklərə gətirib çıxarıb.

“Digər sahələrdə, məsələn, məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilib”, - dövlət başçısı vurğulayıb.

Femida.az

Açar sözlər: #prezident   #məhkəmə   #hüquq   #ədliyyə  

Oxunub: 640