Milli parklarda yeni güşələr yaradılacaq - Uşaqlar üçün


16:41     01 Mart 2019 2018/01/park_090118_1515583586.jpg

Bu il Milli parklarda uşaqlar üçün "Təbiəti dərk et-əylən" tipli güşələr yaradılacaq.



Femida.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.

H.Əlizadə qeyd edib ki, belə guşələrin yaradılmasında məqsəd Milli Park ərazilərində uşaqların vaxtının daha səmərəli, maraqlı keçirməsinə nail olmaqdır.

Belə guşələrdə uşaqlar üçün təbiətə aid müxtəlif interaktiv, məntiqi oyunların keçirilməsi nəzərdə tutulub.

Departament direktoru bildirib ki, "Təbiəti dərk et-əylən" tipli güşələrin bütün Milli parklarda yaradılması nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 320