Mərkəzi Bank 350 milyon manat cəlb edir


17:24     01 Mart 2019 merkezi%20bank%20femida.png

Martın 4-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.


AMB-dən Femida.az-a verilən məlumata görə, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,26-9,24 faiz təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 353