Təhsil Nazirliyinə 17 mindən çox müraciət daxil olub


20:03     01 Mart 2019 19_03_01_1551456213.jpg

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) bu ilin fevral ayında daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, qeyd olunan ay ərzində həmin mərkəzlərə ümumilikdə 17 min 10 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14 min 748 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 min 262 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 482 ərizə, 978 məktub qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox tələbələrin köçürülməsi, tələbə təqaüdləri, diplomların tanınması, birinci sinfə qəbul və digər bu kimi məsələləri əhatə edib.

Açar sözlər:

Oxunub: 354