Keçmiş məhkum dəmir yolu stansiyası ərazisində saxlanılıb


09:44     02 Mart 2019 2018/09/cinayet-hebs-genc-696x522_1538212023.jpg

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Suraxanı dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.


Femida.az bildirir ki, əvvəllər quldurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Hüseynovdan nömrəsi silinmiş "Naqan" tipli tapança və iki patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 330