“AzTV bu sahədə birinci olmalıdır” - İlham Əliyev
09:56 02 Mart 2019
"Televiziya kanallarında bədii şuraların yaradılması çoxdan gündəmdə olan məsələdir, ancaq əfsuslar olsun ki, öz həllini tapmır. Mən hesab edirəm ki, Azərbaycan Dövlət Televiziyası – AzTV bu sahədə birinci olmalıdır"
Femida.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı deyib.
Ölkə başçısı qeyd edib ki, digər telekanallara da tövsiyə olunur ki, bədii şuralar yaradılsın: "Ancaq Firəngiz xanım tamamilə haqlıdır deyəndə ki, baxır o bədii şuralarda kim təmsil olunacaq. Ona görə yəqin ki, burada yaradıcı insanların təklifləri nəzərə alınmalıdır. Mədəniyyət Nazirliyi, Prezident Administrasiyası, ittifaqlar təkliflər versinlər.
Çünki televiziyalarda gedən proqramlarla bağlı müxtəlif fikirlər, müxtəlif yanaşmalar var, bəzilərinin xoşuna gəlir, bəzilərinin xoşuna gəlmir. Bir çox hallarda özəl telekanallar reklam uğrunda mübarizə aparırlar. Ona görə daha baxımlı verilişləri təqdim etməyə çalışırlar və bəzi hallarda orada səviyyə də bir qədər aşağı düşür. Biz bu məsələyə kompleks şəkildə yanaşmalıyıq. Ancaq mütləq bu sahədə vahid bir yanaşma olmalıdır".
Femida.az
Oxunub: 482
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb