Bakıda futbol məktəbi yanır - VİDEO


10:00     02 Mart 2019 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub.


FHN-dən Femida.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​



Femida.az

Açar sözlər:

Oxunub: 541