ASAN Könüllüləri tələbələrlə görüşdə - FOTOLAR

ASAN Könüllüləri tələbələrlə görüşdə - FOTOLAR


10:43     02 Mart 2019 2019/03/53023806_536677420072139_1331905685322989568_n_1551509100.jpg



Femida.az xəbər verir ki, 28 fevral 2019-cu il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ”Bir könüllüdən min könüllüyə” adlı layihənin 4-cü seminarı keçirilib.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin və ASAN Könüllüləri Təşkilatının təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi ilə həyata keçirilir.
”Bir könüllüdən min könüllüyə” layihəsinin məqsədi ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında könüllülük fəaliyyətinin təbliği və təşviqi, sosial xidmətlər sahəsində könüllü müraciətlərinin sayını və onların bu sahəyə marağını artırmaqdır.
Qeyd edək ki, tədbir 2 hissədən ibarət olub. Birinci hissədə layihə rəhbəri Nərmin Cahangirova layihə barədə tələbələrə ətraflı məlumat vermiş, daha sonra layihə spikeri, ADNSU məzunu , ASAN könüllüsü Abdulla Tağıyev könüllülüklə başlayan uğur hekayəsini universitetin tələbələri ilə bölüşmüşdür. 2-ci hissədə təlimçi Rəşad Məmmədov tələbələrə “Beynəlxalq Könüllülük proqramları və Azərbaycanda könüllülük hərəkatı” mövzusunda təlim keçmiş və tələbələri maraqlandıran sualları cavablandırmışdır. Sonda layihənin təşkilində fəallıq göstərən tələbələrə və layihə könüllülərinə sertifikatlar təqdim edilmişdir.
Qeyd edək ki, növbəti seminar 4 mart saat 14:00-da Azərbaycan Dillər Universitetinin tələbələri ilə keçiriləcək.




Açar sözlər: #Asan_Xidmət  

Oxunub: 318