“Biz bu səviyyəyə əmi, dayı zəngi ilə gəlməmişik” - Afaq Bəşirqızı (VİDEO)
12:27 02 Mart 2019
“Prezidentlə görüşdə irəli sürdüyüm təkliflərlə bağlı dünəndən bəri Mədəniyyət Nazirliyindən və digər yerlərdən mənə zənglər olur. Prezident artıq nazirə tapşırıqlarını verib”
Bu barədə Femida.az-a Xalq artisti Afaq Bəşirqızı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ötən gün mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi görüşdən danışarkən deyib.
Aktrisa görüşdə üç təkliflə çıxış etdiyini bildirib: “Belə görüşlərin il ərzində iki- üç dəfə olması vacibdir. Cənab Prezidentin özü də bunu qeyd etdi. Mənim verdiyim təkliflərlə bağlı dünən gecədən Mədəniyyət Nazirliyindən və digər yerlərdən zənglər olur. Prezidentə aktyorların maaşının artırılması, teatrın birinci kateqoriyaya keçirilməsi , aktyorların evlə təmin olunması ilə bağlı təkliflər verdim. Çıxışım zamanı bildirdim ki, biz bu səviyyəyə ata, qardaş, əmi, dayı zəngi ilə gəlməmişik. Canımızı qoymuşuq. Dövlətin hörmətini, xalqın sevgisini qazanmışıq. Amma indi həmin o hörməti bizdən sonrakı nəsil üçün xərcləməliyik. Buna görə də, mənim vətəndaşlıq borcum idi ki, bütün bunları Prezidentə açıb deyim. Təkliflərin nəticələrini gözləyirəm. Prezident də çıxışında bir neçə dəfə mənim təkliflərimi təhlil etdi və nazirə göstərişlər verdi. Çünki aktyorların maddi durumu, sosial vəziyyətləri çox ağırdır. Biz səhnədə oynayırıq, həyatda oynaya bilmirik. Amma o demək deyil ki, biz susmayılıq”.
Femida.az
Oxunub: 1752
Oxşar xəbərlər
- “Bizdə olan hərbi əsirlərin hamısını qaytarmışıq” - İlham Əliyev
- “Bizim heç bir muzdluya ehtiyacımız yoxdur” - İlham Əliyev
- İlham Əliyev: “Biz o torpaqları cənnətə çevirməliyik”
- “Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun” - İlham Əliyev
- “Biz bu yerləri ekoloji cənnət zonalarına çevirməliyik” - İlham Əliyev
- “Bizimlə təkbətək vuruş, görək axırı nə olacaq” - Prezidentdən Ermənistan rəhbərliyinə
- “Bizim sözlərimiz heç vaxt əməllərimizə zidd olmur” - İlham Əliyev
- “Biz dost, qardaş ölkələrik” - Prezident
- “Biz Rusiyaya elə-belə getmədik” - Ərdoğan
- “Biz işçiləri və onların gələcəyini qoruyuruq" - Nazir