Sərxoş kişi qonşusunun evinə basqın etdi


13:04     02 Mart 2019 bicaq_elbeyaxa_00.jpg

Martın 1-də Sabirabad şəhərindəki evlərin birinə girmiş şəxs ev sahibəsini bıçaqla hədələyib qızıl əşyalar verməsini tələb edib. Lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk edib.


DİN-in Mətbuat xidmətidnən Femida.az-a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən, qonşu olan R.Kərimov saxlanılıb. O, hadisə zamanı sərxoş olub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 379