Bakıdakı yaşayış binalarında liftlər yenidən qurulacaq


15:11     02 Mart 2019 19_03_02_1551518413.jpg

Bakıdakı yaşayış binalarında liftlərin yenidən qurulması ilə bağlı Almaniya şirkəti ilə danışıqlar aparılır.


Femida.az xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, liftlərin təmiri ilə bağlı işlərə yaxın zamanda başlanılacaq:

“Cənab Prezident tapşırıb ki, liftlər ən yüksək səviyyədə təmir edilsin. Bizim də danışıqlar apardığımız alman şirkəti bu işdə dünya liderlərindəndir. Bu istiqamətdə tender elan edilib, vəsait ayrılıb. Yaxın zamanda bu barədə məlumat veriləcək”.

Açar sözlər:

Oxunub: 597